• 23 Oktyabr 2024 02:25

Portuqaliya və Fransa millisi 1/4 finalda qarşılaşacaqlar.

Avro-2024-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Fransa “Merkur Spiel Arena”da Belçika ilə üz üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən fransızlar 1/4 finala yüksəlib. Didye Deşamın komandası bu mərhələdə Portuqaliya – Sloveniya oyununun qalibi ilə qarşılaşacaq.

 

Digər oyunda Portuqaliya “Deutşe Bank Park”da Sloveniya ilə qarşılaşacaq. İtaliyalı Daniele Orsatonun baş hakimlik edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bugünkü matçların qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.

 

Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.

 

Avro-2024, 1/8 final

20:00. Fransa – Belçika – 1:0

Qol: Yan Vertongen, 85-avtoqol

Baş hakim: Qlen Niberq (İsveç)

“Merkur Spiel Arena”

 

23:00. Portuqaliya – Sloveniya – 0:0 (Penaltilər – 3:0)

Qırmızı vərəqə: Matyaz Kek, 105+1 (Sloveniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

“Deutşe Bank Park”. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər