Gəmilər Türkiyə sərhədlərinə girmək üzrədir: 24 saat ərzində… – Xəbərdarlıq edildi
Bunu türkiyəli jurnalist Tevfik Kadan deyib. O, Şərqi Aralıq dənizində baş verən hadisələrlə bağlı xəbərdarlıq edib.
Jurnalist bildirib ki, Cənubi Kiprdən Yunanıstana uzanan sualtı rabitə kabelini çəkən “C/S Teliri” adlı İtaliya bayraqlı gəmi hazırda Meis adasının qərbinə doğru hərəkət edir.
“Gəmi yaxında Türkiyə ilə Liviya arasında imzalanan EEZ sərhədlərinə daxil olacaq. Türkiyə Hərbi Dəniz Qüvvələri yəqin ki, gəmini izləməyə davam edəcək. Lakin Yunanıstan tərəfi Misirlə qeyri-qanuni imzaladıqları EEZ müqaviləsinə istinad edərək, bu bölgənin onlara məxsus olduğunu iddia edir. Üstəlik, Yunanıstan həmin ərazidə “C/S Teliri” ilə görüşmək üçün bölgəyə raket yüklü gəmi “HS Grigoropoulos” göndərdilər.