İbtidai sinif dərsliklərində qəlizlik: “Müəllimlər özləri belə başa düşmürlər”
İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərdə çoxsaylı qəliz sözlər var.
Xezerxeber.az-ın məlumatına görə, dərsliklərdəki akademik sözlər, qarışıq terminlər, qəliz düsturlar və riyazi hesablamalar şagirdləri çətin vəziyyətə salır.
Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər özləri belə başa düşmürlər.
Ekspert bildirib ki, dərsliklərin qəliz olması səbəbindən bəzi valideynlər məcburən övladlarına repetitor tuturlar.