Hüseyn bütün əmlakını itirmək üzərədir
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun vergi idarəsi ilə qalmaqalı bitmək bilmir.
Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, rus mediası bununla bağlı daha bir məlumat yayıb. Yazıda qeyd edilib ki, Hüseyn bütün gəlir mənbələrini və əmlakını itirmək üzərədir.
“Hər şey bu ilin mayında, vergi orqanları onun 40 faiz paya sahib olduğu “Banda Foods” şirkətinin hesablarını blokladıqdan sonra başlayıb. Buna səbəb 153 milyon rubl borc olub. Lakin Həsənov sosial şəbəkələrdə borcunu ödədiyini deyib” deyə, məqalədə yazılıb.
Bununla belə, “Komsomolskaya pravda” nəşrinin məlumatına görə, şirkətin hesabları hələ də bloklanıb.