• 21 Noyabr 2024 16:01

Sakinlərə müjdə: Evlərin sənədləşdirilməsi asanlaşır – RƏSMİ

 

Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vahid elektron portal hazırlanır. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məqsəd evlərin sənədləşdirilməsində bütün proseslərin həmin portal vasitəsilə tam elektronlaşdırması və rəqəmsal idarəetmə yaratmaqdır.

 

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədovun sözlərinə görə, hazırda nəzərdə tutulan informasiya vasitəsində mənzillərlə bağlı xüsusi modul yaradılacaq ki, bu da tikinti şirkətləri binanı tikməyə başladığı andan etibarən həmin binanın elektron imitasiyasını sistemləşdirəcək:

 

“Belə olan halda bir mənzilin iki və ya daha artıq şəxsə satılması hallarının da qarşısı alınacaq. Sözügedən portalın təşkili sənədsiz evlərlə bağlı problemi də həll edəcək”.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, qanunvericiliyə zidd olmayan, digər ərazilərdə tikilən fərdi yaşayış evlərinə çıxarışlar verilərsə, həmin əmlaklar əmlak və torpaq vergisinə cəlb oluna, sığortalana və alqı-satqı xidmətinə çevrilə bilər ki, bu da aztəminatlı insanların kreditli və digər şərtlərlə mənzil sahib olmalarına səbəb ola bilər.

 

Ətraflı AZƏRTAC-ın süjetində:

Tacxeber.com

Oxşar xəbərlər