• 25 Noyabr 2024 07:53

“Çeki qızıma verdi ki, bu, 1 illik təhsilhaqqındır”

“Aygün musiqiyə gələn gündən bir burulğan oldu. Səhnəyə hərəkət, həyat, həyəcan gəldi”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri bəstəkar Cavanşir Quliyev “İncə səhər” verilişində Xalq artisti Aygün Kazımova haqqında danışarkən deyib. Bəstəkar Pop kraliçanın sənətə gəldiyi ilk vaxtlardan danışıb:

 

“Hər tərəfi ilə yeni idi: oxumağı, səhnə mədəniyyəti, geyimləri, görünüşünü tez-tez dəyişməsi ilə. Tərzi, repertuarı ilə insanları əyləndirir. Peşəsini 100 faiz icra edir. Amerika müğənnisi olsaydı başqa mahnı oxuyardı, yenə də məşhur olacaqdı. Aygün hər şey oxuya bilir: əyləncəli, qəmli. Oxudu da”.

 

C.Quliyev Kazımovanın lirik mahnılar ifa etməsindən söz açıb:

 

“İtkin gəlin” mahnısını dedim oxu, istəmədi. Dedi, mənim üslubum əyləncəlidir, hərəkətli mahnılardır. Saqqızını oğurladım. Oxuyandan sonra isə gəldi ki, qonşularım deyir, nə gözəl oxumusan. Fərəhlənirdi. Lirik mahnılardan biri də “Tənha qadın” oldu. Bir qadın zəng etdi ki, bir şeirim var. Soyadını da demədi, indiyənə kimi görməmişəm. Mahnını götürdüm Aygünün verilişinə getdim. Dedi, “Tənha qadın”ı oxumaq istəyirəm. Klip çəkdilər.

 

1995-ci ildə Türkvizion mahnı yarışmasına apardım. Orada pul mükafatı aldı. Qəzəm İstanbulda oxuyurdu. Aygünə çek verdilər. Dedi ki, qızını hanı, çağır gəlsin. Çeki verdi qızıma ki, bu, sənin 1 illik təhsilhaqqın. Məni də, özünü də kövrəltdi. Aygünün xasiyyətinin xarakterinin göstəricisidir.

 

İndi evdə 30-a yaxın mahnı var. Aygün tərzini dəyişib, gözləyirəm. Aygün geri dönəndən sonra oxuyacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər