• 24 Noyabr 2024 06:37

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçiriləcək.

 

Günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İngiltərə 1/8 finalda Slovakiyanı (2:1), İsveçrə isə İtaliyanı (2:0) mübarizədən kənarlaşdırıb.

 

Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşacaq. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç saat 23:00-da başlayacaq. Türkiyə millisi 1/8 finalda Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Bu oyunların qalibləri yarımfinalda bir-birinə rəqib olacaqlar.

 

Xatırladaq ki, ötən gün keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.

 

6 iyul

Avro-2024

1/4 final

20:00. İngiltərə – İsveçrə

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, “Esprit Arena”.

 

23:00. Niderland – Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

 

5 iyul

İspaniya – Almaniya – 2:1

Portuqaliya – Fransa – 0:0 (penaltilər seriyası – 3:5). (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər