Azərbaycanlının İranda prezident seçilməsi nəyi dəyişəcək? – “İlk səfərini Azərbaycan və ya Türkiyəyə edərsə…”
İranda seçkinin nəticəsi bəlli olduqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi.
Tacxeber.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, azərbaycanlının İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər: