Kadi niyə “Qarabağa” qayıtmadı? – Ağdam klubu daha çox pul təklif etsə də…
Braziliyalı yarımmüdafiəçi Kadi Borgesin “Qarabağ”a qayıtmaması müzakirə mövzusuna çevrilib.
Macarıstanın “Ferentsvaroş” klubuna keçən vingerin Azərbaycan klubu əvəzinə, fərqli komandanı seçməsi tənqid edilib.
Ağdam klubunun Kadi üçün çıxış etdiyi Rusiyanın “Krasnodar” klubuna daha az məbləğ təklif etdiyi deyilir.
Əldə etdiyimiz məlumata görə isə, “Qarabağ” Kadi üçün “Ferentsvaroş”dan daha çox transfer ödənişi təklif edib. Hətta Ağdam təmsilçisi futbolçunun özü ilə də razılıq əldə edib.
Lakin “Krasnodar” braziliyalı oyunçunu Azərbaycan klubuna satmaqdan imtina edib. “Qarabağ” nə qədər israr etsə də, rusiyalılar fikrindən daşınmayıb.