“Müharibə Rusiya dağılanda dayanacaq” – Qritsak
Rusiya dağılana qədər bu müharibənin başa çatmasından danışmaq çətindir.
Tacxeber.com teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna Katolik Universitetinin professoru, tarixçi Yaroslav Qritsak deyib.
“Söhbət potensialın artırılması və müharibənin yeni raunduna hazırlaşmaq üçün indi birgə yaşamağın yolunu tapmaqdan gedir. Bunun necə olacağını bilmirik. Amma məntiq belədir. İdeya ondan ibarətdir ki, Rusiya sistemi uzunmüddətli perspektivdə dayanıqlı deyil, gec-tez dağılacaq”, – tarixçi bildirib.