Dünyadan 64 işıq ili uzaqda: Planeti lax yumurta qoxusu bürüdü
ABŞ-nin Con Hopkins Universitetinin tədqiqatçıları “James Webb” kosmik teleskopundan istifadə edərək, Yer kürəsindən 64 işıq ili uzaqlıqda yerləşən HD 189733 b adlı ekzoplanetin atmosferində hidrogen sulfid tapıblar.
Tacxeber.com teleqraf.com-a istinadla xəbər verir ki, elm adamları ekzoplanetin bu molekula görə lax yumurta qoxuya biləcəyini deyirlər.
Astrofizik Quanvey Fu təxminən 950 dərəcə selsi istilyə malik planetdə həyat axtarmadıqlarını, amma atmosferində hidrogen sulfidin tapılmasının bu molekulun digər planetlərdə də aşkarlanmasına yönəlik mühüm addım olduğunu deyib.
Fu kükürdün karbon, azot və oksigen kimi kompleks molekulların əmələ gəlməsində önəmli olduğunu qeyd edib.