ABŞ qüvvələri İrəvanda: Bu, Rusiyaya açıq mesajdır
Hərbi fəaliyyətlər və keçirilən təlimlər siyasətin davamı və uzantısıdır. Dolayısı ilə təlimin keçirilməsi Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyi, yeni müttəfiqlər və strateji ortaqlar arayışlarının nəticəsidir.
Bu sözləri Axar.az-a 15-24 iyul tarixlərind Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə keçiriləcək “Eagle Partner” hərbi təlimləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.
General təlimin əsas məqsədinin güc nümayişi olduğunu vurğulayıb: