• 14 İyul 2024 06:10

Ermənilər bu körpüdən istifadəni dayandırdı – Azərbaycanla razılıq

Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar arasında razılaşmaya əsasən, Azərbaycanın nəzarətinə keçməli olan Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı körpüdən hərəkət bu gündən etibarən dayandırılıb.

 

Tacxeber.com xəbər verir ki, körpünün fəaliyyəti dayandığından hərəkət Açarkut-Kirants alternativ yolu ilə həyata keçirilir.

 

Kənd sakinlərinin məlumatına görə, polis hər iki tərəfdən yolu bağlayaraq körpüdə hərəkəti dayandırıblar.

 

Xatırladaq ki, alternativ Kirants-Açarkut yolunun yenidən qurulması işlərinə mayın 19-da başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər