Ukraynaya silah göndərən şirkətin rəhbərinə qarşı sui-qəsd cəhdi olub
2024-cü ilin əvvəlində ABŞ və Almaniya kəşfiyyat xidmətləri “Rheinmetall” şirkətinin baş direktoru Armin Pappergerə qarşı sui-qəsdin qarşısını alıb.
Tacxeber.com xəbər verir ki, bu barədə anonim beş mənbədən məlumatlar alınıb.
Onların sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları əvvəlcə sui-qəsdin hazırlanmasından xəbər tutub, bundan sonra bu məlumat Berlinə ötürüb və qətlin qarşısını almağa kömək edib.
İşin arxasında Rusiyanın ola biləcəyi ehtimal edilir, lakin buna dair sübut yoxdur.