“Bunun bizim ölkədə baş verməsi inanılmazdır” – Trampdan ilk açıqlama
Sabiq prezident və ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki mitinqində ona qarşı sui-qəsd cəhdindən sonra “Truth” sosial şəbəkəsində bəyanat dərc edərək, ABŞ hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib və aksiya iştirakçısının ölümü ilə əlaqədar başsağlığı verib.
Tacxeber.com xəbər verir ki, Tramp yazıb:
“Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Butler şəhərində baş verən atışmaya belə tez reaksiya verdikləri üçün təşəkkürümü bildirirəm. Mitinqdə həlak olan şəxsin ailəsinə, başsağlığı eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə səbr diləyirəm.