“Tramp “zərərçəkən”ə oxşamır” – Deputat
Bundestaqın Azad Demokrat Partiyası fraksiyasından olan deputatı Mari-Aqnes Strak-Zimmermann keçmiş prezident Donald Trampa sui-qəsd fonunda bildirib ki, o, “zərərçəkən” roluna uyğun deyil və Demokratlar qalib gəlmək istəyirlərsə, qarşıdan gələn seçkilərdə hazırkı Amerika lideri Co Baydenin namizədliyini dəyişməlidirlər.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, o, bu fikri Funke media qrupuna müsahibəsində bildirib.
Donald Trampa sui-qəsdin nəticələrini şərh edən Strak-Zimmermann deyib ki, guya respublikaçılar artıq bu görüntüdən Trampın yenilməz olması fikrini yaymaq üçün istifadə edirlər. “Ancaq Tramp zərərçəkən roluna yaraşmır”, – deputat iddia edib.
“İndi demokratların baş verənlərə reaksiyası daha vacib olacaq: zorakılıqdan imtina, qurbanlara rəğbət və namizədlər siyahısına reaksiya”, o deyib. Strack-Zimmermann, Baydeni prezidentliyə namizəd kimi əvəz etməli olmaları barədə suala “bəli” cavabını verib.