• 24 Oktyabr 2024 00:43

Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapıldı

 

ABŞ hüquq-mühafizə orqanları Ağ Evin keçmiş rəhbəri Donald Trampa qarşı mitinq zamanı atəş açan şübhəli şəxsin avtomobilində partlayıcı qurğu aşkarlayıblar.

 

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, avtomobil Trampın keçirdiyi mitinqin yaxınlığında saxlanılıb.

 

Bundan başqa istifadə edilən silah rəsmi formada şübhəli bilinən şəxsin atası tərəfindən alınıb.

 

Bəzi respublikaçı konqresmenlər hesab edirlər ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampa uğursuz sui-qəsd onun 2024-cü il prezident seçkisində qələbə qazanma ehtimalını ciddi şəkildə artırıb.

 

Qeyd olunub ki, digər respublikaçılar o qədər də birmənalı nəticəyə gəlmirlər, lakin qeyd edirlər ki, bu hadisə Trampa seçki kampaniyasında dəstəyi gücləndirəcək.

 

Bildirilir ki, Trampı güllələyən sui-qəsdçi hadisədən əvvəl video paylaşıb. O, sabiq prezidentə nifrət etdiyini deyib.

 

“Mənim adım Tomas Metyu Kruksdur. Respublikaçılara və Trampa nifrət edirəm. Yanlış yoldasınız”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər