Kim Çen Inın bacısı hədələdi: “Bədəl ödəməyə hazır olun”
Şimali Koreya Cənubi Koreyanın “anti-Pxenyan bukletləri” göndərməsinə reaksiya verib.
Tacxeber.com xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanı həyata keçirdiyi “çirkli oyun”a görə tənqid edib. O, ölkəni sərhədin şimalına “Pxenyan administrasiyasını tənqid edən bukletlər” göndərməkdə ittiham edib.
“Cənubi Koreya çirkli oyunları üçün böyük bir bədəl ödəməyə hazır olmalıdır”, – Yo-jonq bildirib.