• 24 Oktyabr 2024 04:23

Bayden özünü sionist və Fələstin xalqının böyük dostu hesab edir

Bayden özünü sionist və Fələstin xalqının böyük dostu hesab edir

“Mən fələstinlilərə həmişə dəstək vermişəm, lakin HƏMAS bir yığın başkəsəndir…”

 

“Sionist olmaq üçün yəhudi olmaq mütləq deyil, sionizm İsrailin bütün yəhudilər üçün təhlükəsiz sığınacaq olması məsələsidir…”

 

ABŞ prezidenti Co Bayden bəyan edib ki,  o, fələstinlilərə çox dəstək verir və Fələstin birliyi üçün başqalarından daha çoxunu edib. Bu zaman o, özünü sionist adlandırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Amerika lideri “YouTube”-da “360 With Speedy” şousunda jurnalist Spidi Mormana müsahibəsində bəyan edib.

 

“Mən Fələstinin bütün aktivlərini açan adamam, mən misirliləri dərman preparatları və qida məhsulları kimi malların buraxılması üçün sərhəddi açmağa inandıran adamam”, – o, qeyd edib.

 

“Mən fələstinliləri yemək və yaşayış yeri ilə təmin etməyə razılıq verən ərəb dövlətlərini birləşdirməyi bacaran oğlanam”, – o, deyib.

 

İsraillilərə silah və digər hərbi yardım tədarükü də daxil olmaqla dəstəklə bağlı suala cavabında Bayden deyib ki, o, onlara “hücum silahlarının verilməsindən imtina edib”.

 

“Mən aydın şəkildə anlatdım ki, İsrail mülki rayonlarda bizim tədarük etdiyimiz silahdan istifadə edə bilməz”, – prezident vurğulayıb.

 

“Mən həmişə fələstinlilərə dəstək vermişəm, lakin HƏMAS bir yığın başkəsədir”, – Amerika lideri davam edib.

 

“Mən qətliamdan səkkiz gün sonra orada olmuşam. Mən iplə bağlanan, başlarına kerosin töküb diri-diri yandırılan analar və qızlarının fotoşəkillərini görmüşəm. Xolokostdan bəri buna bənzər bir şey olmayıb. Bu, sadəcə, mümkün deyil”, – o, məlumat verib.

 

İsrail ilə yaxın münasibətlər fonunda Amerika müsəlmanlarının nədən ona dəstək verməkdə davam etməli olduğu suala cavabında Bayden deyib:

 

“Elə Amerika ərəblərinin indiyədək mənə dəstək verməyə razı olduqları səbəbdən. Çünki bu, sülhü qoruyub saxlamağın və münasibətləri nizama salmağın ən yaxşı üsuludur”.

 

Öz sözlərinə nümunə olaraq Bayden öz həmsöhbətinə və tamaşaçılara iki dövlətin yaradılması barədə qərara öz dəstəyini, Misir prezidenti və İordaniya kralı daxil olmaqla ərəb liderləri ilə sıx işgüzar münasibətlərini xatırladıb.

 

“Mən ərəb ölkələri ilə yaxşıca işləməyə nail olmuşam, – Bayden deyib. – Məndə zərrə qədər qərəz olmayıb. Ərəblər yaxşı insanlardır. Onlara indi yardım lazımdır”.

 

Daha sonra söhbət Amerika liderinin maraqlarının yəhudi-İsrail tərəfinə keçib. Xəbər veruldiyi kimi, Co Bayden özünü sionist adlandırıb.

 

“Sionist olmaq üçün yəhudi olmaq mütləq deyil, sionizm isə İsrailin bütün yəhudilər üçün onların təqib olunduğu tarixçəsinə görə təhlükəsiz sığınacaq olub-olmaması məsələsidir”, – ABŞ prezidenti öz nöqteyi-nəzərini izah edib.

 

“İsrai olmasaydı, dünyada hər bir yəhudi təhlükə altında olardı. İsrailin güclü olması və ikinci dünya savaşından sonra yəhudilərin öz yerinin olması zəruridir”, – o, deyib.

 

Özünü sionist hesab edib-etməməsi ilə bağlı suala Bayden müsbət cavab verib, lakin bu terminin çox vaxt yanlış anlaşılmasından gileylənib.

 

“İndi siz bundan çoxsaylı nəticələrə gələ bilərsiniz, çünki çox insanlar sionistin kim olduğunu bilmir”, – Amerika lideri bəyan edib, bundan sonra həmsöhbətindən sionistlərin ümumiyyətlə kim olduğunu bilməsi barədə soruşub. Aparıcı gülümsəyərək susub.

 

Mövzuya yekun vuraraq Bayden vurğulayıb ki, İsrailə müdafiə silahının tədarükü davam edir, lakin 2 min funtluq (900 kq) bombaların tədarükündən imtina edilib, çünki bu, Qəzza bölgəsi əhalisi üçün ölümcül olardı.

 

Bundan öncə məlumat verilib ki, iyulun 12-də Vaşinqtonda NATO sammitinin yekunlarına dair mətbuat konfransında Bayden Qəzzada İsrailin HƏMAS-la davam edən müharibəsinə diqqət çəkib.

 

Onun fikrincə, İsrail Müdafiə Ordusunun bölgə ərazinsində intensiv döyüş əməliyyatlarından nöqtəvi əməliyyatlara keçməsinin zamanı yetişib.

 

“Altı həftə öncə mən BMT Təhlükəsiz Şurası və G7 qrupu tərəfindən dəstəklənən detallı plan irəli sürmüşəm. İndi bu, yenidən İsrail və HƏMAS tərəfindən razılaşdırılıb, ona görə də mən komandamı detalların işlənilməsi üçün regiona göndərmişəm”.

 

Bu zaman Amerika lideri vurğulayıb ki, müharibənim dayandırılması İsrailin terrorçuların liderlərini təqib edə bilməyəcəyi və ya davam etməli olmayacağı anlamına gəlmir.

Tacxeber.com

Oxşar xəbərlər