Elza yenə namizədliyini verdi: “Deputat seçilsəm…”
Əməkdar artist Elza Seyidcahan sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürəcək.
Bu haqda Teleqraf.com-a əməkdar artistin özü məlumat verib: “Allahın köməyi ilə millət vəkili olmaq üçün namizədliyimi irəli sürmüşəm.
İki dəfə parlament seçkilərində iştirak etmişəm. Bu il yəqin ki, millət vəkili ola biləcəm. Çünki o zaman gəzirdim, indi isə uçuram. Deputat olsam təklif edəcəm ki, Fəxri Xiyabana mikrofon çəkilsin, gecə-gündüz dəfn edilənlərin əsərləri səslənsin. “Ç” hərfinə “c” hərfi deyən müəllimlər təcili işdən çıxarılsın. Bayağı oxuyan müğənnilər efirə buraxılmasın. Azərbaycan qrammatikasının düzgün bilməyən aparıcılar efirdən uzaqlaşdırılsın”.