Kofeni bu şəkildə içmək arıqlamağa səbəb olur
Hər səhər kofe içmək əksər insanların sevdiyi məşğuliyyətdir. Kofe adətən, insanlara enerji və güc verir. İnsanların bir qismi kofe içməkdən imtina edir. Buna səbəb isə onlarda Parkinson xəstəliyinin, II tip şəkərli diabetin, bir qismində isə qaraciyər və böyrək xərçənginin olmasıdır. Bu xəstəliklər zaman xəstələrə kofe içməyə qadağa qoyulur.
Tacxeber.com xəbər verir ki, bəzi həkimlər isə ürək əzələsinin möhkəmlənməsi üçün xəstələrə kofe içməyi məsləhət bilir.
Son illərdə kofenin orqanizm üçün təbii enerji mənbəyi, metobolizmi sürətləndirən vasitə və çəkinin azalmasını stimulyasiya etmək üçün bir vasitə olduğu sübut edilib. Kofenin orqanizmdə yığılıb qalmış piyləri əritmək qabiliyyəti var. Ona bir-neçə digər məhsulun qatılması isə arıqlama prosesini daha da sürətləndirir.