“Mənim şəkilimi qoyub, “sabiq deputatın oğlu məhkəməyə verildi” deyə başlıq yazıblar”
Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib. Məlumata görə, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Bu səbəbdən “Azərsu”ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Hüseynbala Mirələmov oğlunun su pulunu ödəmədiyi üçün məhkəməyə verilməsinin təfərrüatları ilə bağlı Modern.az-a danışıb.
Keçmiş deputat vurğulayıb ki, hadisənin görünməyən tərəfləri var:
“Oğlumun vaxtilə bir yerdə işlədikləri dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, onun Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, “get, qal”. Bunlar oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə ediblər. Lakin su pulunu ödəməyiblər. Bağ oğlumun adına olduğuna görə onun adını yazıblar. Oğlum həmin adama zəng edib məsələni deyib. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib”.
Hüseynbala Mirələmov məsələ ilə əlaqədar mətbuatda adının hallanmasından da söz açıb: