Mahir Emreli Almaniya klubuna keçdi
Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.
Tacxeber.com xəbər verir ki, 27 yaşlı hücumçu “Nürnberq” klubu ilə anlaşıb.
İkinci Bundesliqa təmsilçisinin tezliklə azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib.
İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxsən maraqlanıb və onun transfer olunmasını özü istəyib.