Səfər Mehdiyev də deputatlığa namizəd olur
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev bir müddətdir ki, Naxçıvanda yaşayır.
Bu barədə özəl mənbələrdən Vətəninfo.az-a məlumat daxil olub. Mənbənin məlumatına görə Səfər Mehdiyev Naxçıvanda böyük biznes strukturlarını idarə edir. Bu işdə sabiq Komitə sədrinə yaxın adamı olan Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə yardımçı olur. Mənbə iddia edir ki, sabiq komitə sədrinə bağlı şirkətlər “APF Group” MMC halqasında birləşib. Şirkətin Bakıda ofisi olsa da, şirkət Naxçıvandan idarə olunur.