68 ölkədən 4 min məzuna diplom verən universitet saxta imiş – FOTO
68 ölkədən 4 min məzuna diplom verən Yeni Bazar Universitetinin saxta olduğu üzə çıxıb.
Tacxeber.com “gloob”a istinadla xəbər verir ki, diplomlarının saxta olduğunu öyrənən məzunlar məhkəməyə müraciət edib.
Universitetin rektoru Ali İlsevenin isə professor yox, orta məktəb məzunu olduğu iddia edilib.
49 yaşlı İlsevənin həqiqi universitetlərin saytını kopyalayaraq “edu.tr” domenli sayt qurduğu, qeydiyyatdan keçənlərə isə saxta diplomlar verdiyi üzə çıxıb.
Rektorun isə özünün televiziya proqramlarında “dünya motivasiya çempionu” kimi təqdim etdiyi bəlli olub.
Məlum olub ki, A.İlsevənin universitetləri gəzərək uğur və karyera planlaşdırması mövzusunda çıxışlar edib.