ABŞ: Trampı İran öldürmək istəyirmiş, amma… – ŞOK DETALLAR
Amerika kəşfiyyatı hesab edir ki, İran ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd planlaşdırırdı, lakin bu planlar Pensilvaniyada seçicilərlə görüşdə siyasətçiyə qarşı sui-qəsd cəhdi ilə bağlı deyil.
Bu barədə CNN məlumat yayıb .
İran təhlükəsi ilə bağlı məlumat telekanalın əməkdşlarına ölkənin keçmiş liderlərinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan ABŞ Məxfi Xidmətindən (USSS) daxil olub. Məlumatı USSS ABŞ Milli Təhlükəsizlik Şurasına (MTŞ) ötürüb.
“MTŞ ən son hesabatları izləməyə davam etmələrinə tam əmin olmaq üçün birbaşa USSS ilə ən yüksək səviyyədə əlaqə saxladı. USSS bu məlumatı departament rəhbəri ilə paylaşdı və Tramp kampaniyası artan təhlükə barədə məlumatlandırıldı. Artan təhlükəyə cavab olaraq, Məxfi Xidmət keçmiş prezident Trampı qorumaq üçün resursları və aktivlərini artırıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, İran tərəfindən Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı məlumatlar ABŞ-ın keçmiş prezidentinin sui-qəsd zamanı yaralandığı şənbə günü, iyulun 13-dən əvvəl ortaya çıxıb. Bununla belə, nə MTŞ, nə də USSS Tehranın Trampa qarşı sui-qəsd planlarını Pensilvaniyadakı sui-qəsd cəhdi ilə əlaqələndirmir.