• 24 Oktyabr 2024 04:26

Bu gün Vasif Talıbovla bağlı qərar veriləcək

 

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında İdarə Heyətinin iclası keçirilir. Ali qurumun toplantısında İdarə Heyətinin 40 üzvündən 39-u iştirak edir. 

 

Tacxeber.com xəbər verir ki, YAP İdarə Heyətinin üzvü, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov mərkəzi qərargaha təşrif buyurmayıb. Onun hansı səbəbdən iclasa qatılmadığı bəlli deyil.

 

Qeyd edək ki, iclas başa çatandan sonra hakim partiya özünün deputatlığa namizədlərinin siyahısını açıqlayacaq. Vasif Talıbovun adının YAP-ın namizədlərinin siyahısında yer almayacağı bildirilir.

 

Xatırladaq ki, Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. O, həmçinin birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.

Tacxeber.com

Oxşar xəbərlər