Pezeşkianın bu sözləri azərbaycanlıları qəzəbləndirdi
“Fələstin başçılıq etdiyi hökumət üçün prioritetdirsə, o zaman Azərbaycan və Təbriz sənin üçün necənci yerdə dayanır?”
Tacxeber.com xəbər verir ki, bunu təbrizli sosial media istifadəçiləri İranın yeni Prezidenti Məsud Pezeşkiana müraciətdə yazıblar.
“Fələstin və qəzzalılar sənə səs verib prezident seçməyiblər, prioritetin sənə səs verənlərin problemlərinin həlli olmalıdır”, – Pezeşkianın Haniyə ilə danışığını əks etdirən informasiyaların şərh bölmələrində bildirilib.