• 20 Sentyabr 2024 18:49

Tanınmış müxalifətçilərlə eyni dairədən hansı YAP-çıların namizədliyi verilib?

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədlərini açıqlayıb.

 

YAP-dan namizədliyi irəli sürülən (21 saylı Nəsimi – Binəqədi) Məlahət İbrahimqızı ilə eyni dairədə Ağ Partiyanın sədri Tural Abbaslı da deputat olmaq üçün namizədliyini verib.

 

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun namizədliyini verdiyi dairədən isə (22 saylı Nəsimi – Yasamal) YAP Hüseynov Xaliq İsa oğlunun namizədliyini verib.

 

Partiyanın əsas funksionerlərindən Natiq Cəfərli ilə YAP üzvü Əliyev Yengibar Sərraf oğlu isə eyni dairədən (33 saylı Xətai birinci) namizədliyini verib.

 

Sonuncu çağırışda REAL Partiyasının Milli Məclisdə təmsil olunan yeganə üzvü Erkin Qədirlinin dairəsindən isə (16 saylı Yasamal ikinci) YAP Mirzəyev Həbib Adil oğlunun namizədliyini irəli sürüb.

 

Bu il fevralın 7-də Azərbaycanda baş tutan prezident seçkilərində namizəd olmuş Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də deputat olmaq fikrindədir. O, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olacağını açıqlayıb.

 

Qeyd edək ki, YAP həmin dairədən Hüseynov Hümbət Rəhim oğlunun namizədliyini irəli sürüb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər