Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairəni seçdi
Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri, VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlı deputatlığa namizəd olub.
Bu barədə Yenisabah.az-a VHP Mərkəzi Seçki Qərargahından bildiriblər.
Onun sənədləri artıq 70 saylı Neftçala seçki dairəsinə təqdim edilib.
Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində bu dairədən Tənzilə Rüstəmxanlının həyat yoldaşı, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı deputat seçilib.