İngiltərədə üsyan: Küçələr alov içində – VİDEO
İngiltərənin Lids şəhərinin Harehils bölgəsində ciddi insident yaşanıb.
Tacxeber.com xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə izdihamın polis maşınının şüşələrini sındırdığı, daha sonra isə maşını aşırdığı əks olunub.
Bundan əlavə, nümayişçilər ikimərtəbəli ictimai nəqliyyat vasitəsini yandırıb.
Baş verən iğtişaşı yatırmaq üçün hadisə yerinə əlavə polis qüvvələri göndərilib.
Bələdiyyə başçısı Traki Brabin də Lidsdəki sosial gərginliyi qızışdırmaq istəyənləri “yenidən düşünməyə” çağırıb.
Daxili işlər naziri Yvette Kuper də sosial media hesabında gərginliyin azaldılması istiqamətində vətəndaşlara çağırış edib.
Nazir X (tvitter) hesabındakı paylaşımda Lidsdə avtomobillərə edilən hücumlardan dəhşətə gəldiyini və xaosa yol açanların cəmiyyətdə yerinin olmadığını bəyan edib.