“Hər şeydən bezmişəm, getmək istəyirəm”
“Qadınla kişi bərabər hüquqludur. Qadının çəkdiyi əziyyəti qadın çəkmir. Tək fərq qadın ağlaya bilir, kişi yox. Bir şey olanda da qadınlar deyir, biz zəyifik. Onda yerini bil. Yeri gələndə tələb edirsən, məhkəmə ilə hədələyirsən. Hər şey o vaxt tənzimlənir ki, qadınla kişi bir birinə hörmət edir və namus. Kişi qadını bir səbəbdən boşaya bilər: xəyanət üstündə. Qədimdə öldürürdülər, indi mənası yoxdur. Öldürdün gedəcəksən həbsxanaya, ya da sağ qalıb qadın öz kefini edəcək. Tutdun, denən, yaxşı yol”.
Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili “Mən” yutub layihəsində danışıb. Aktyor qadın-kişi problemindən danışıb.