• 26 Noyabr 2024 19:36

Topuq ağrısı ilə özünü bəlli edir – Kalsium burada yığılarsa…

Səhv ayaqqabı seçimi, sərt səthdə yürüş, uzun müddət ayaqüstə qalmağı tələb edən işlərlə məşğul olmaq ayaqlarda bir çox problemin yaranmasına səbəb olur. Bu problemlərin önündə topuq tikanı gəlir. 

topuq-agrisi-ile-ozunu-belli-edir

Tacxeber.com türk mediasına istinadla xəbər verir ki,  Fizioterapevt və Reabilitoloq Dr. Ahmet Dinç bildirib ki,  bu problem  topuq sümüyünün alt hissəsində aylarla  kalsium yığılıb qalmasına görə yaranır.  “Birdən-birə özünü göstərmir. Ona görə də  topuq ağrısı kimi erkən əlamətləri görməməzlikdən gəlməyin.”

 

Topuq tikanının yaranma səbəbi nədir? Topuq tikanı necə müalicə edilir? Topuq tikanının ağrısı necə kəsər? Bütün bu sualları mütəxəssis cavablayıb.

 

“Ayaq problemi yalnız ayaqlarınıza təsir edən bir problem deyil.  Onsuz da addım atırıq, yeriyirik  düşüncəsilə  ayaqlarımıza lazım olan diqqəti göstərmirik. Hətta bəzi əlamətlərə laqeyd yanaşırıq. Ayaqqabı seçərkən də ayaq sağlamlığını fikirləşmirik. Rəngi, naxışı gözəlsə alırıq, sağlamlıq ikinci planda qalır. Lakin vaxtında problemlərin qarşısı alınmazsa, ciddi  problemlərlə üz-üzə gələ bilərik.

 

Ayaqla bağlı ən çox şikayət topuq tikanı ilə bağlıdır. Artıq çəki, davamlı olaraq ayaqüstə işləmək, səhv ayaqqabı seçimi, bəzi iltihablı revmatizm xəstəlikləri, ayaqlarda stress yaradacaq  məşqlər kimi hallar bu xəstəlik  üçün böyük risk yaradır”.

Topuq tikanı bu xəstəliklər ilə qarışdırılır

 

“Bəzən  topuq tikanını cilddə, dəridə olan problemlərlə qarışdırırlar.  Topuq tikanı topuq sümüyünün alt və ya arxa hissəsində  kalsium yığılması nəticəsində ortaya çıxan sümük çıxıntısına deyilir”.

 

(Topuq sümüyü quruluşu, körpü şəklindəki ayağın uclarından biridir. Bu iki uc bir-birinə bir bağ ilə bağlıdır və ayaq əzələləri ilə hərəkət etdirilir. Bu əzələlər və bağların bir ucu da topuq sümüyünə bağlıdır-Red.)

 

“Topuq tikanı çöldən baxanda görünməz.  Xalq arasında topuq bölgəsində görülən dəri sərtlikləri, çıxıntıları və ziyillərə də topuq tikanı deyilir. Bunların topuq tikanı ilə əlaqəsi olmayıb dermatoloq həkimi tərəfindən qiymətləndirilməsi  və müalicə edilməsi mütləqdir.

 

Topuq tikanı ümumiyyətlə ayağın altında olan  qalın toxuma bantının iltihablanması nəticəsində yaranır. Bu toxuma bantı  əmici bir kəmər kimi ayağı dəstəkləyər. Bu bantdakı stress və gərginlik artdıqda zamanla iltihablanma inkişaf edər vəhəmin hissəyə  kalsium yığılmağa başlayar. Bu  yığıntı rentgendə asanlıqla  təsbit edilə bilər”.


Fizioterapiya topuq tikanına yaxşı təsir edirmi?

 

Uzun müddət hərəkətsiz qaldıqdan sonra  ayaq pəncəsində  və topuqda sancma, batmanın topuq tikanının ən birinci əlaməti olduğunu bildirən Ahmet Dinç  “Səhər yataqdan qalxdıqdan sonra atılan ilk bir neçə addımda şiddətli ağrı olur  və uzun müddət ayaqüstə qalmaq və yeriməkdən   sonra da arta bilər. Topuq tikanı həyat keyfiyyətini ciddi şəkildə aşağı salır”-deyə, qeyd edir.

“Xəstənin yeriməsinə və ayaqüstə qalmasına maneə törədə bilər. Topuq tikanı müalicəsində əvvəlcə ayağa düşən  təzyiqi azaldaraq ağrı və iltihaba nəzarət edən  tədbirlər görülməlidir. İlk növbədə ayaqüstə çox qalmamaq, uzun məsafələrdə çox yeriməmək və yumşaq ayaqqabı, ya da başmaq geyinmək, artıq çəkini azaltmaq, topuq yastığı və ayaqlıq  kimi dəstəkləyici vasitələrdən istifadə etmək tövsiyə edilər. Bu tədbirlər kifayət etmədikdə isə fizioterapiya üsullarına müraciət edilir”.

 

ESWT müalicəsi nədir, necə tətbiq olunar? 

“ESWT müalicəsi xüsusilə də yumşaq toxuma xəstəliklərinin müalicəsində istifadə olunur.

 

Yüksək təzyiqli səs dalğalarının istifadə edildiyi etibarlı bir müalicədir. Tətbiq müddəti 10-20 dəqiqə arasıdır və cəmi 3 – 5 seans arasında tətbiq olunar.

 

Tətbiq etdikdən sonra  xəstə gündəlik həyatına davam edə bilər. Ümumiyyətlə müalicədən sonra 4-6 həftə ərzində ağrı və şikayətlər böyük nisbətdə azalar və xəstənin həyat keyfiyyətində düzəlmə, normal həyata qayıdış olar”.

Tacxeber.com

Oxşar xəbərlər