Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur .
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə bağlı insident “MedEra Hospital”da baş verib. Bu hospital isə dəfələrlə xoşagəlməz hadisələrlə gündəmə gəlib. Hadisə klinikanın sahibinin kimliyi ilə bağlı məsələni yenidən aktuallaşdırıb.
Tacxeber.com sfera.az-a istinadən bildirir ki, “MedEra Hospital” Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyevtərəfindən idarə olunur.
Məlumata görə, bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilərək həbs olunan Mərkəzi Gömrük Hospitalının professoru Fikrət Qədiməliyev azadlığa buraxılandan az sonra “MedEra Hospital”a direktor müavini təyin olunub. Bu xəstəxanada tez-tez rəhbər dəyişikliyi olsa da, əsas idarəçilik və səlahiyətlər hələ də Fikrət Qədiməliyevdədir.
Qeyd edək ki, “MedEra Hospital”ın adının qalmaqallara qarışması və xüsusən də müəmmalı ölümlərlə anılması birinci hal deyil.
Belə ki, 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər serrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olub. Daha sonra həmin qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat edib.