• 24 Noyabr 2024 01:21

Bayden istefa verməkdən imtina etdi

ABŞ prezidenti Co Bayden ikinci müddətə yenidən seçilmək cəhdindən əl çəksə də, dövlət başçısı vəzifəsini davam etdirəcəyini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Bayden öz X (tvitter) hesabında paylaşıb.

Qeyd edək ki, Bayden prezidentlik yarışından geri çəkildikdən sonra Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson dövlət başçısını istefaya çağırıb. O isə buna sərt reaksiya verib.

“Biz Amerika Birləşmiş Ştatlarıyıq, əgər birlikdə etsək, edə bilməyəcəyimiz heç nə yoxdur. Sadəcə kim olduğumuzu xatırlamalıyıq. Mən prezidentliyimi bunu sübut etməyə həsr etmişəm və bunu bu gün, sabah və hər gün davam etdirəcəyəm ki, sizin prezident kimi xidmət etmək şərəfinə nail olum”, – ABŞ prezidentinin bəyanatında deyilir.

Tacxeber.com

Oxşar xəbərlər