• 18 Oktyabr 2024 07:18

“Qarabağ”dan Çempionlar Liqasına uğurlu başlanğıc

“Qarabağ”dan Çempionlar Liqasına uğurlu başlanğıc

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

 

Turnirdəki təmsilçimiz “Qarabağ” yeni mövsümdə ilk rəsmi matçına çıxıb.

Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olub və 2:0 hesablı qələbə qazanıb.

Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Xatırladaq ki, “Linkoln” “Qarabağ”a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərba ycan) – 0:2

Qol:Juninyo, 45+2, Toral Bayramov, 75

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa point stadium” (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər