Ağadadaş Ağayev özünü qanundan üstün hesab edib və… – Xəstəxananın mövqeyi
“Medera Hospital” Xalq artisti Ağadadaş Ağayevlə bağlı yaranmış hadisəyə münasibət bildirib.
Bildirilib ki, Ağadadaş Ağayev və “Vətən N” mühafizə şirkətinin işcisi Nurəddin Cəlilovla arasında yaranam qalmaqalda hospitalın heç bir əlaqəsi yoxdur.
“Bu hadisədən bir gün öncə, 21 iyul axşam saatlarında səhhətində yaranan problemlə bağlı hospitala müraciət edən Ağadadaş Ağayevə müfaviq tibbi yardım göstərilib və o evə buraxılıb.
Səhəri gün, saat 7 radələrində “Vətən N “ mühafizə şirkətinin mühafizəçisi Nurəddin Cəlilova qarşı soyuq silah, balta ilə hücumunun “Medera” hospitalın ərazisində yaşanıb. Sadəcə özünün qanun və cəmiyyətdəki davranış qaydalarından üstün hesab edən Ağadadaş Ağayevin törətdiyi xuliqanlıq nəticəsində hospitalın əməkdaşı Nəzakət Paşayeva ayağından xəsarət alıb. Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta Nürəddin Cəlilovun hücumdan yayınmasından sonra divara dəyərək istiqamətini dəyişib və Nəzakət Paşayevaya dəyib.
Xalq artisti adına yaraşmayan bu hadisə daha ağır nəticə ilə də başa çata bilərdi.
Hospitalın əməkdaşlarının və xəstələrin həyatına təhlükə yaradan Ağadadaş Ağayev cəmiyyətdən üzr istəmək, özünü ədalətə təslim etmək əvəzinə böyüdüləcək bir hadisə olmadığını bildirib. Cəmiyyətə və qanunlara meydan oxuyan Ağadadaş Ağayevin qarşısını alan isə mühafizəçi Nurəddin Cəlilov olub. Nurəddin Cəlilovun müqavimətindən sonra Ağadadaş Ağayev geri çəkilmək məcburiyyətində qalıb.