• 23 Noyabr 2024 07:16

“Həmin sualdan sonra Elariz az qaldı əlimdə keçinsin” – İradə İsak

“Amerikaya köçən müğənni Elariz Məmmədoğlunun qardaşı itkin düşmüşdü (Birinci Qarabağ müharibəsində – red.). Verilişmdə bu haqda danışmışdım. Bu insanın ailəsi, atası-anası sığışdırmamışdı özünə ki, harasa müraciət etsin. Onların çox ciddi ailəsi var. Elarizi hamı yüngül mahnılar oxuayn biri kimi tanıyır. Amma onların ailəsindəki ciddiyəti heç bir ailədə görməmişəm”.

 

Bunu aparıcı İradə İsak “Mirinin dibçəyi” verilişndə deyib. O, illər əvvəl verilişində müğənni Elariz Məmmədoğluna Birinci Qarabağ müharibəsində itkin düşən qardaşı haqda verdiy suala reaksiyasından söz açıb.

 

“Müsahibə edirdik, Elariz mənə dedi ki, qardaşım haqqında mənə sual verməyəcəksən. Dedim, “Əşşi, insandır da deyir, təvəzökarlıq edir”. Verilişdə ona sual verdim, az qalmışdı, Elarizin həqiqətən ürəyi getsin. Qorxuya düşdüm. Həyat yoldaşı da zəng edib bunu mənə demişdi ki, bu sualı vermə ona. Məndə söyləmişdim ki, lap özlərini böyüdüblər. Ciddi qəbul etməmişdim ki, belə şey olmaz. Az qaldı Elariz əlimdə ölsün. Verilişdə onu özünə gətirə bilmirdim. Çünki ona qardaşı haqqında sual vermişdim. Çünki bu adam qardaşı haqqında danışa bilmir. Bir kəlmə deyə bilmirdi. O insanı illərlə axtarıblar. Anası oğlunu gözləyə-gözləyə ölüb” deyə, İ.İsak bildirib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər