• 23 Noyabr 2024 13:24

“Krımın geri qaytarılması tamamilə realdır” – general Sırski

“Ukrayna Silahlı Qüvvələri Rusiya donanmasını Krımın Sevastopol limanından tamamilə sıxışdırıb çıxarıb…”

“Biz Ukraynanın 1991-ci ilin sərhədlərinə çıxması üçün bütün mümkün olanları edəcəyik…”

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Aleksandr Sırski əmindir ki, Rusiya tərəfindən işğal edilən Krımın geri qaytarılması tamamilə realdır.

Bu barədə o, “The Guardian” nəşrinə müsahibəsində deyib.

 

General Sırskinin sözlərinə görə, Ukrayna Rusiya Silahlı Qüvvələrinin işğalda olan yarımadada yerləşən obyektlərinə dəqiq zərbələr endirərək Rusiya donanmasını Krımdan sıxışdırıb çıxarmağı bacarıb.

USQ Baş Komandanı deyib ki, Kreml Ukraynanın bir sıra hücumlarından sonra Krımın Sevastopol limanından “tamamilə çıxmağa” məcbur olub.

 

PUA-lar və raket zərbələri radiolokasiya və raket qurğularını məhv edib, Ukraynanın başlıca hədəfi isə işğal edilmiş yarımadanı Rusiya ilə birləşdirən körpü və dəmiryol keçidinin məhv edilməsidir.

“Kiyevin Rusiyanın qanunsuz ilhaq etdiyi Krımın 10 il sonra qaytarmaq planı olib. Bu, tamamilə realdır”, – o, vurğulayıb.

 

 

“Əlbəttə, bu, böyük hərbi sirrdir, – Sırski deyib. – Biz beynəlxalq birlik tərəfindən tanınan 1991-ci ilin sərhədlərinə çıxmaq üçün bütün mümkün olanları edəcəyik. Biz işğal altında olan və əzab çəkən vətəndaşlarımızı azad etmək üçün qalib gəlməliyik”.

O, əlavə edib ki, bu məqsədlərə nəyin bahasına olursa-olsun nail olmağa və ya insanları nəticəsiz hücumlara göndərməyə deyil, Ukrayna əsgərlərinin həyatının qorunub saxlanmasına can atır.

 

Xatırladaq ki, bundan öncə Aleksandr Sırski bəyan edib ki, USQ Ukrayna mövqelərinə casusluq edən PUA-ların vurulması üçün kiçik mənzilli zenit raketlərinin qıtlığını hiss edir.

Belə şəraitdə döyüşçülər digər metodlarından, o cümlədən radio-elektron mübarizə vasitələri və FPV-dronlarından istifadə edir.

 

İşğal edilmiş Krım – aktual xəbərlər

 

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Yevgeni Yerin deyib ki, rusiyalılar müvəqqəti işğal edulmiş Krıma turist səfərlərini kütləvi şəkildə təxirə salır:

“Bu, Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin xidməti, habelə Rusiyanın hava hücumundan müdafiəsinin “xidmətidir”.

 

Amerika Sahibkarlıq İnstitutu (AEI) xarici və müdafiə siyasətinin tədqiqi şöbəsi əməkdaşı Yevgeni Afrikin məlumatına görə, Rusiyanın işğalçı qoşunları qanunsuz tikilən Krım körpüsünü barjlarla qorumağa cəhd edir. Onların sayı 30-a çatıb. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər