• 08 Sentyabr 2024 05:10

Qarpız toxumu antidepresan imiş – FOTO

ABŞ alimləri qarpız toxumlarının antidepresan dərmanları əvəz edə biləcəyini açıqlayıblar.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Northwestern” universitetinin alimləri araşdırma aparıb.

 

Mütəxəssislər Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yetişən qarpız toxumlarının tərkibində yüksək səviyyədə maqnezium, protein və folat aşkar ediblər.

 

Bildirilib ki, insan orqanizminin ən çox ehtiyac duyduğu bu minerallarla zəngin olan qarpız tumları çiy istehlak edildikdə mineral balansını pozur və zəhərlənməyə səbəb olur. Qeyd olunub ki, qarpız tumları qaynadılmış və qovrulmuş halda istehlak edilməlidir. 

 

Alimlər qaynadılmış qarpız tumlarının sinir sisteminə müsbət təsir etdiyini vurğulayıblar. Maqnezium sayəsində sinir sistemi hüceyrələrinin deformasiya ehtimalı azalır. Qarpız toxumlarının həm maqnezium, həm də fol turşusu ilə zəngin olması sinir sistemini tez bərpa edir. Həmçinin əlavə olunub ki, qarpız toxumlarında sümükləri gücləndirən və orqanizmin müqavimətini artıran sink və zülal da var.


Tacxeber.com

Oxşar xəbərlər