Zəlzələ təhlükəsi artır: Əhali qorxu içində – İstanbul sürətlə boşalır
Türkiyənin əhalisinin immiqrasiya məlumatları təhlil edilib. Təhlillərə görə, əhalinin İstanbul, Ankara və İzmirdən köçü davam edir.
Hal-hazırkı istiqamət Muğla, Balıkəsir, Samsun və Ordu şəhərləridir.
Köç edənlər əvvəlkindən daha böyük evlərə üstünlük versələr də, İstanbul və İzmirdən köçün əsas səbəbi zəlzələ qorxusu və bahalıqdır. Artan qiymətlər və zəlzələ qorxusu İstanbuldan köçü sürətləndirib. 2023-cü ilin hərəkət məlumatlarına görə, 81 vilayətdən təxminən 350 min köç tələbi təhlil edilib və ən çox müraciətin İstanbul, Ankara və İzmirdən gəldiyi müəyyən olunub. İstanbul zəlzələsi də vətəndaşların köç qərarlarına güclü təsir göstərir.
Məlumatlar böyük şəhərdən köçən insanların sahilyanı ərazilərə daha çox maraq göstərdiyini ortaya çıxarıb. Muğla dənizkənarı Balıkəsir, Samsun və Ordu daxil olmaqla immiqrant qəbul edən bölgələrin siyahısında birinci yerdədir.