• 18 Oktyabr 2024 07:18

“Sabah” “Makkabi”yə böyük hesabla qalib gəldi

Sabah” bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.

 

Paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşıb. İsraildəki müharibə şəraiti səbəbindən neytral meydanda – Macarıstandakı “Varkert Sportpalya” stadionunda keçirilən oyun “Sabah”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

 

“Sabah”la “Makkabi” arasında cavab görüşü avqustun 1-də Bakıda olacaq. “Sabah” – “Makkabi” cütünün qalibi növbəti mərhələdə “Sent-Patriks Atletik” (İrlandiya) – “Vadus” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

 

Konfrans Liqası, ilk oyunlar

 

25 iyul

21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah” (Azərbaycan) – 0:3

 

Qollar: Pavol Şafranko, 60 (0:1), Cessi Sekidika, 78 (0:2), Xəyal Əliyev, 88 (0:3)

 

Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer

 

“Varkert Sportpalya”, Macarıstan (qol.az)

Tacxeber.com

Oxşar xəbərlər