• 08 Sentyabr 2024 08:19

Dünyanın ən böyük kruiz gəmisi Titanikdən 5 dəfə böyükdür – FOTO

Dünyanın ən böyük kruiz gəmisi ilk səyahətinə çıxıb, Titanikdən 5 dəfə böyükdür - FOTO

Dünyanın ən böyük kruiz gəmisi limanını bu ilin yanvar ayında Mayami tərk edərək ilk səyahətinə başlayıb.

 

Tacxeber.com  Türk-ə istinadən xəbər verir ki, Royal Caribbean International tərəfindən dizayn edilən 365 metr uzunluğundakı “Dənizlərin İkonası” Titanikdən 5 dəfə böyükdür.

Sözügedən gəmi üçün keçirilən mərasimdə məşhur futbolçu Lionel Messi də iştirak edib.

 

Gəminin operatoru Royal Caribbean-ın verdiyi açıqlamada 365 metr uzunluğu ilə dünyanın ən böyük kruiz gəmisi olan “İcon of the Seas”in artıq kruiz səyahətləri yerinə yetirir .  Onun ilk səfərinə böyük tələbatın olduğu, nəhəng kruiz gəmisinin 5 min 600 sərnişin və 2 min 350 gəmi personalı ilə yola çıxdığı bildirilib. Bu monstr  tam gücü ilə 7600 sərnişini qəbul edə bilər.

 

Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda 900 gündə inşa edilən gəminin uzunluğu Eyfel qülləsinin uzunluğunu üstələyir. 20 mərtəbəli gəmiyə hündürlüyü 17 metr olan şəlalə, biri göl kimi nəzərdə tutulmuş yeddi hovuz, altı su sürüşməsi, buz meydançası, karusel, 40 restoran və bar daxildir. Gəmidə sərnişinləri əyləndirmək üçün 16 nəfərlik orkestrlə yanaşı, müxtəlif musiqi üslublarına malik 50 fərqli musiqiçi və bir çox komediyaçı da gəmi heyətində yer alır.

 

İki milyard dollara başa gələn “İcon of the Seas” 1912-ci ildə Atlantik Okeanında aysberqlə toqquşaraq batan məşhur “Titanik” gəmisindən beş dəfə böyükdür.

Bu texnoliya nəhəngi maye qazla (LNG) işləyir.

Oxşar xəbərlər