• 23 Noyabr 2024 05:01

İnternet ətrafında aparılan təhlillər qiymətə təsir edəcəkmi?

Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsi çərçivəsində internetlin inkişafı ilə bağlı xeyli təhlillər aparılıb və bu sahədə vəziyyətin daha da yaxşılaşdırılmasına aid bir Yol Xəritəsi də təqdim edilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

 

“İlk öncə qeyd edim ki, BMT-nin interneti fundamental insan hüquqları siyahısına daxil etməsindən sonra Dünya Bankının da bununla bağlı yanaşmaları, bizdə də internet xidmətlərinin vətəndaşlar üçün daha vacib hesab olunan “Kommunal xidmətlər”lə bir çərçivədə müzakirəsi diqqət cəlb edəndir. Reallıq odur ki, son bir neçə ildə bütün ölkə boyu keyfiyyətli internet xidmətlərinə əlçatanlıq müsbət istiqamətdə kəskin dəyişib. On illər boyu həllini gözləyən bu problemi RİNN cəmi 3 il ərzində , öz daxili resursları ilə həll edə bilib. Artıq ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq səviyyəsi 90%-dən çoxdur. Provayderlərin sayı son iki ildə az qala iki dəfə artıb. 160-dan çox provayderin qoşulduğu, interntelə bağlı şikayətləri qəbul etmək , keyfiyyətə nəzarət etmək üçün real vaxt rejimində işləyən dövlətə məxsus E-şikayət sistemi yaradılıb”.

 

Osman Gündüz qeyd edib ki, son bir neçə ildə internetin inkişafı istiqamətində ciddi addımlar atılıb.

 

“Bütün bunlarla bərabər adı çəkilən toplantıda bu sektorda yaranmış və yarana biləcək yeni risklərlə bağlı məsələlər də qaldırılıb. Xüsusən də ölkə üzrə yeni yaranan, dövlətə məxsus nəhəng telekommunikasiya-internet şəbəkəsinin formalaşması və bu şəbəkənin sahibinin – dövlət provayderinin də son istifadəçiyə internet satması, yeni formalaşan situasiyada rəqabətli mühitin zəifləmə riskləri, internet sahəsində dövlətin xüsusi çəkisinin artması, dövlət provayderinin istədiyi zaman, tənzimləyici qurumla razılaşdırmadan tarifləri qaldırmaq iddialarının doğru olmadığı bildirilib. Ümid edirəm internetə əlçatanlıqla bağlı indikatorları yaxşılaşdırmaq istəyənlər də fərqindədirlər ki, internet bazarının xeyli hissəsinə nəzarət edən dövlət provayderlərinin internet tarifləri sahəsində seçim imkanını məhdudlaşdırmaq siyasəti sonda xeyli sayda vətəndaşların internetdən imtinası ilə nəticələnə bilər. İnternetə qoşulma və keyfiyyətli internetə əlçatanlıq, hamı üçün əlçatan internet tarifləri sahəsində vəziyyət yaxşılığa doğru dəyişəcək”.

Tacxeber.com

Oxşar xəbərlər