• 23 Noyabr 2024 18:37

“Rusiya həmişə məni özünün düşməni hesab edib” – Dmitri Qordon

“Mənim platformalarımın auditoriyası 10 milyondan çoxdur və onların böyük hissəsi Rusiya vətəndaşları və sakinləridir…”

“Mən öz fəaliyyətimlə Rusiyanın dövlət ideologiyası və dövlətin hərbi doktrinasına böyük zərər vururam…”

“Rusiya məni həmişə özünün düşməni hesab edib, ona görə də mənə qarşı misli görünməyən tədbirlər kompleksi tətbiq edib. Amma mən öz işimdəyəm və Avropa İnsan Haqları Məhkəməsimdə ona qarşı qaldırdığım iddianı udmaq istəyirəm”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmiitri Qordon öz nəşrindəki bloqunda yazıb.

 

O, “Sərhədsiz reportyorlar” beynəlxalq qeyri-hökumət təşkilatına verdiyi müsahibəsində faşist Rusiyasının ona 14 il həbs cəzası hökmü barədə danışıb. Bunun üç ilini, guya, həbsxanada, 11 ilini isə ümumi rejimli koloniyada keçirməlidir.

 

“Mən Rusiyanın mənə qarşı misli görünməyən tədbirlər tətbiq etdiyi və bunu nədən etməsi barədə danışmışam. Rusiya həmişə məni özünün düşməni hesab edib.

 

Mənim platformalarımın (YouTube, sosial şəbəkələr, “QORDON” saytı) auditoriyası 10 milyondan çoxdur. Mən və komandam öz tamaşaçılarımız və oxucularımız qarşısında dürüstük, öz nöqteyi-nəzərimizi zorla yeritmirik. Biz hadisələri dəyərləndirir və bunu maksimal olaraq səmimi, dürüst və düzgün edirik.

 

Əlbəttə, Rusiya gözəl anlayır ki, mənim istifadəçilərim və tamaşaçılarımın böyük hissəsi Rusiya vətəndaşları və sakinləridir. Mən onlara müraciət edərkən Rusiyanın dövlət ideologiyasına və dövlətin hərbi doktrinasına böyük zərər vururam.

 

Məhz buna görə də Rusiya mənə qarşı misli görünməyən tədbirlər kompleksi tətbiq edib. Mən orada “xarici agent” kimi tanınmışam, Moskvanın Basman Məhkəməsi məni qiyabi həbs edib, Moskva dairə hərbi məhkəməsi mənə 14 il iş kəsib, nəhayət, faşist Rusiyası iki dəfə məni axtarışa verib.

 

Rusiyada təqib edilməyimə cavab olaraq mən Avropa İnsan Haqları Məhkəməsi qarşısında iddia qaldırmışam. Mən şübhə etmirəm ki, bu işi udacağam.

 

Lakin istənilən halda mən öz fəaliyyətimi zəiflətmirəm. Rusiyanın hər gün bütün dünyanın gözləri qarşısında hər şeyi dağıtdığı və qətlə yetirdiyi, silahlardan Xarkovda yaşayış evlərinə atəş açdığı,

 

 

Mariupolda dinc insanların bütöv kütləvi qəbiristanlığının olduğu və Kiyevdə uşaqların başına raketlərin yağdırıldığı zaman bunlara necə laqeyd qalmaq olar ki?” – Qordon yazıb.

Tacxeber.com

Oxşar xəbərlər