• 24 Noyabr 2024 12:16

“İndiki “Sabah” ötənilki “Sabah”dan daha güclüdür”

Azərbaycan təmsilçiləri Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununa çıxdılar. “Sabah” və “Sumqayıt”ın böyükhesablı qələbə qazandığı gündə “Sumqayıt” doğma meydanda məğlub oldu.

 

Klublarımızın çıxışını dəyərləndirmək üçün futbol eksperti Aslan Kərimovla əlaqə saxladıq. Sportal.az saytına danışan 51 yaşlı mütəxəssis hər üç təmsilçimizin yaxşı oyun göstərdiyini bildirdi:

 

“Hər üç komandamızın oyununu uğurlu dəyərləndirirəm. “Sumqayıt” məğlub olmağına baxmayaraq, qırmızı vərəqəyə qədər çox yaxşı oyun nümayiş etdirirdi. “Zirə” və “Sabah”ın belə böyük hesabla qələbə qazanacağına inanmırdım. Çünki, rəqibləri güclü idilər. Xüsusən də “Makkabi” çox güclü rəqibdir. 3:0 hesablı qələbə “Sabah” üçün üstünlükdür. Klubun tarixində ilk oyundakı üstünlüyü əldən vermək olub. Ötən mövsüm 2:0-ın revanşında “Partizan”a məğlub oldular. Amma hesab edirəm ki, bu təcrübə həm texniki heyətin, həm də futbolçuların yadındadır. Bu dəfə hesab daha böyükdür. Düşünürəm ki, üstünlüyü əldən verməzlər. Komanda artıq təcrübəyə sahibdir. Məncə, indiki “Sabah” həmin “Sabah”dan daha güclüdür.

 

Aslan Kərimov ilk matçda “Fehervar”a məğlub olan “Sumqayıt” haqda fikirlərini bildirdi. Milli komandamızın sabiq üzvü “kimyaçılar”ın işinin cavab oyununda çətin olacağını qeyd etdi:

 

“Qırmızı vərəqəyə qədər “Sumqayıt”ın oyunu çox yaxşı idi. “Fehervar” həqiqətən də güclü rəqibdir. “Sumqayıt” bəlkə də “Makkabi” qədər güclü rəqibə qarşı oynayırdı. Buna baxmayaraq, qapılarını toxunulmaz saxlamışdılar, möhtəşəm bir qol vurdular. Səbuhi Abdullazadənin qolu göz oxşayan qollardan idi. Amma hakimin sərt davranması hər şeyi dəyişdi. Mənə görə, ikinci sarı vərəqəni verməmək olardı. 10 nəfərlə qaldıqdan sonra belə güclü rəqibə qarşı edə biləcək çox şey yoxdur. “Fehervar”ın cinah oyunçuları gənc olmalarına baxmayaraq, çox hücumameyilli oynayırdılar. Cinah ötürmələri həddindən artıq təhlükəli olurdu. Bunun sayəsində iki qol vura bildilər.

 

“Sumqayıt” üçün səfərdə hesabdakı geriliyi aradan qaldırmaq çox çətin olacaq. Rəqib evdə oynayacaq, artıq “Sumqayıt”ın gücünə bələddir. Təmsilçimiz mərkəz müdafiəçisinin birini itirmişdi, ilk oyunda qırmızı vərəqə girən Murad Xaçayevi də itirdilər. Samir Abasov müdafiənin mərkəzində başqa mövqenin futbolçusunu oynamalı olacaq. Belə bir durumda onların işi çox ağırdır. Qəbələ qazanmaq üçün çoxlu sayda qol imkanları yaratmalı və özləri də qol buraxmamalıdıar. “Sumqayıt” üçün bunun öhdəsindən gəlmək çox çətin olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər