• 24 Noyabr 2024 08:37

Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib

“O, Avstraliyanın dözülməz istisində tənha qalıb və sağ qalmaq üçün mücadilə edib…”

 

“Mən qurbağaları məftilə keçirib Günəş altında qurutduqdan sonra yeyirdim, çəyirtkə, kərtənkələ, zəli ilə qidalanırdım…”

 

Avstraliyanın dərinliklərində 71 gün ilişib qalan kişinin öz həyatı uğrunda inanılmaz mübarizə tarixçəsi asan olmayıb.

Bu barədə “LADbible” nəşri yazıb. Məlumatı “tsn.ua” nəşri yayıb.

 

Riki Meqi 2006-cı ildə 35 yaşı olanda Şimal Ərazini və Qərbi Avstraliyanı keçərək yolda ilişib qalıb.

O, danışıb ki, Avstraliyanın dərinliklərinə gedərkən maşını xarab olub. Hərçənd, başqa bir müsahibəsində iddia edib ki, narkotiklərin təsirində olub və maşını qaçırıldıqdan sonra yolun kənarında qalıb.

 

İstənilən halda 2010-cu ildə dərc edilən tərcümeyi-halına görə, o, qəflətən Avstraliyanın dözülməz istisində tənha, qidasız və susuz qalıb.

O, danışıb ki, sağ qalmaq üçün əldə olan materiallardan improvizə edilmiş sığınacaq quraşdırıb və qurbağa, kərtənkələ və bitkilərlə qidalanıb.

 

Nəticədə o, 57 kq çəki itirib. Əgər o, su mənbəyini aşkar etməsəydi, böyük ehtimalla, sağ qalmayacaqdı.

O, iddia edir ki, şeh damcılarını plastik qablara toplayıb, nadir hallarda leysan yağışdan sonra gölməçələrdən su içib. O, həmçinin təbii bəndə rast gəlib. Özünün sağ qalmaq metodları barədə o, “The Times” nəşrinə müsahibəsində xatırlayıb:

 

“Mən bənddən birbaşa çiy şəkildə zəli yemişəm. Çəyirtkələri də, sadəcə, yeyirdim. Amma yeganə qurbağaları hazırlamaq lazım gəlib. Mən onları məftilə keçirib Günəş altında bir qədər qurutduqdan sonra yeyirdim”.

 

Nəhayət, o, Birrindudu stansiyasının heyvandarlıq işçiləri tərəfindən aşkar edilərək xilas olunub.

Bu müəssisənnin menecəri olan və sonradan Rikini xəstəxanada ziyarət edən Mark Klifford deyib ki, avstraliyalı sağ qalmasına görə havaya borcludur.

 

“Yəqin ki, onun orqanizmi dözümlü olub və bu, o qədər də pis deyil. Eyni zamanda, bu, yağışlar mövsümünün ortası olduğundan onun kifayət qədər suyu olub.

Həm də burada çoxlu qurbağa, ilan və kərtənkələ olub. Onlar sənə çox qida vermir, amma ona kifayət edib. Buna baxmayaraq, o, 105 kq çəkisinin 57 kq itirib və xilas edildikdə cəmi 48 kq olub”. – o deyib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər