London taksi sürücüləri niyə dünyanın ən ağıllı sürücüləridir?
Taksi sürücüsü olmaq adətən üstün zehni qabiliyyətlərlə əlaqəli deyil, lakin London taksi sürücüləri lisenziya almaq üçün çox çalışmalı olurlar. Məsələ burasındadır ki, taksi sürücülərinin verməli olduqları imtahan çox çətin, açıq-aşkar əfsanəvi çətin imtahandır ki, o, bütün dünyada məşhurlaşıb.
Tacxeber.com xarici KİV-ə istinadən bildirir ki, bu imtahandan keçmək üçün yaddaşınızı çox yaxşı “qurdalamaq” lazımdır: London taksi sürücüsü bütün küçələri (və onların şəhərdə sayı 25 minə qədərdir), bütün parkları, yaşayış komplekslərini, dövlət qurumlarını və idarələrini, maliyyə və biznes mərkəzləri, bütün stadionlar, mehmanxanalar, klublar, əyləncə məkanları, restoranlar və meyxanalar, incəsənət qalereyaları, məktəblər, kollec və universitetlər, polis bölmələri, həbsxanalar və məhkəmələr, hava yolları idarələri, dəmiryol vağzalları, qeydiyyat şöbələri, bələdiyyə binaları, xəstəxanaları yadda saxlamalıdır… vay, Londonda başqa nə tapmaq olar?
Ümumilikdə bütün şəhər obyektləri tanımalısınız, onların adlarını və yerlərini yaddaşda saxlamalısınız, həmçinin, turistlərə bütün görməli yerlər haqqında məlumat verə və ən yaxşı marşrutları tövsiyə etməlisiniz. İmtahan götürənlər istənilən obyektin adını çəkə bilərlər və taksi sürücüsü vəzifəsinə namizəd onun harada yerləşdiyinə tərəddüd etmədən cavab verməlidir.
Məsələn: “Londonda iki siçan və bir parça pendir təsvir edən heykəli harada görə bilərsiniz?”
O, Filopt-leyn binasının qarşısında, İstçipa küncündə, London körpüsünün yaxınlığında yerləşir.