• 23 Noyabr 2024 20:44

Rusiya bir gündə iki bombardmançı təyyarəsini itirib

 

“Bizim üstünlüyümüz düşmənin radio-elektron mübarizə vasitələrinə yüksək davamlı olmağımızdır…”

 

Rusiya ordusu bu gün iki bombardmançı təyyarəsini itirib. Bunlardan biri TУ-22 МЗ strateji raket daşıyıcısı, digəri çoxməqsədli Cy-34 təyyarəsidir.

 

Tacxeber.com moderator.az istinadən xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşrinə Ukrayna kəşfiyyatındakı mənbə danışıb.

 

Ukrayna KİV-lərinin məlumatına görə, birinci təyyarə Ukrayna Silahlı Qüvvələrinin dronları ilə Murmansk vilayətindəki “Olenya” hava limanında məhv edilib.

 

“Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin Rusiya işğalçılarının strateji aviasiyasının yerləşdiyi “Olenya” hava limanında Olenoqorsk yaxınlığında TУ-22 МЗ uzaqmənzilli raket daşıyan səsdəniti bombardmançı təyyarə məhv edilib”, – məlumatda deyilir.

Mənbənin bildirdiyinə görə, “Olenya” hava limanı Ukrayna sərhəddindən 1800 km aralıda yerləşir.

 

Əməliyyat bu gün gecə həyata keçirilib.

Murmansk vilayətində aviasiya bazasından başqa, Ukrayna dronları Saratov vilayətinin Engels şəhərindəki hərbi hava limanlarına, Ryazan vilayətindəki “Dyagilovo” hərbi hava limanı və Ryazan neft emalı zavoduna hücumlar edib.

 

Rusiyanın itirdiyi ikinci təyyarə Cy-34 çoxfunksiyalı qırıcı bombardmançı təyyarədir, müstəqil şəkildə Volqoqrad vilayətində yerə düşüb.

“Ekipaj katapult edib, təyyarəçilərin həyatına təhlükə yoxdur. Təyyarə insanların olmadığı əraziyə düşüb. Uçuş döyüş dəsti olmadan həyata keçirilib. Yerdə dağıntılar yoxdur”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. “Astra” kanalı Cy-34 təyyarəsinin düşdüyü yerdən video dərc edib.

Bu, 2024-cü ildə Cy-34-lə bağlı ikinci qəzadır. Bundan öncə iyunun 11-də Şimali Osetiyada qəza baş verib. Təyyarə təlim-məşq uçuşu zamanı yerə düşüb, o zaman ekipaj həlak olub.

 

Rusiya ərazisinə hücumlar

Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin “Эxo Group” zərbə dronlar bölməsi Rusiyanın Ukraynanın dinc əhalisinə hücumlarına necə cavab verdiyini nümayiş etdirib.

 

“Bizim üstünlüyümüz düşmənin radio-elektron mübarizə vasitələrinə yüksək davamlı olmağımız və uzaq məsafəyə zərbələr endirmək imkanımızdır, bu da Rusiyanın kritik mühüm hərbi obyektlərinə hədəflənməyə imkan verir”, – videoya şərhdə yazılıb.

Tacxeber.com

Oxşar xəbərlər