Vahid Əhmədov da deputatlığa namizədliyini geri götürdü
VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.
Tacxeber.com xəbər verir ki, məlumatı report-a V.Əhmədov təsdiqləyib.
O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:
“Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram”.